Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Yeni seçilmiş prezident Donald Tramp milli iqtisadi fövqəladə vəziyyət elan etməyi düşünür”, – nəşr yazır.
Material müəlliflərinin fikrincə, Donald Tramp ABŞ-nin həm opponentlərinin, həm də müttəfiqlərinin idxalına rüsumların tətbiqini məhz bununla əsaslandıra biləcək. Buna ölkə prezidentinin malların idxalına şəxsən nəzarət edə biləcəyi Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) çərçivəsində icazə verilir.