2024-cü ildə Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 71 milyard 156 milyon 813 min manat təşkil edib.
Bu barədə Marja.az Birjanın statistikasına istinadən xəbər verir.
2023-cü ildə Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 27 milyard 335 milyon 355 min manat təşkil etmişdi. Beləliklə, ötən il Birjda keçirilən əməliyyatların cəmi həcmi 2,6 dəfə artıb.