Bakı. Trend:
"Heydər Əliyev" su anbarı üzərində olan elektrik stansiyasınınson 5 ildə istehsal etdiyi enerjinin həcmi açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiqolaraq 7.076, 6.759, 2.675, 1.975 və 9.656 min kVt/saat olub.
Qeyd edək ki, stansiya Naxçıvan MR Nazirlər Kabineti ilə TürkiyəRespublikasının “Cengiz İnşaat AŞ və Aksoy ortaq təşəbbüsü”arasında imzalanmış 19 dekabr 2004-cü il tarixli müqaviləyə əsasən"Heydər Əliyev" su anbarında tikilib quraşdırılıb. Su anbarınıntutumu 100 milyon kubmetrdir.
Stansiyada 2 ədəd hər birinin gücü 2 meqavatt və 1 ədəd gücü 0,5meqavatt olan hidroturbinlər qoyulub. 2006-cı ilin iyul ayındastansiyada sınaq-sazlama işləri yekunlaşdırılmış və enerjisisteməqoşulub. Stansiyada istehsal olunan enerjini 35 kV-luq “Şahbuz”elektrik verilişi xəttinə qoşmaq üçün qoyulmuş güctransformatorları, paylayıcı quruluşlar Türkiyə Respublikasının,turbin və generatorlar isə Fransa Respublikasının istehsalıdır.
Stansiyanın layihəsi, quraşdırılması, sazlanması ilə əlaqədargörülən işlərin dəyəri tamamilə Naxçıvan MR Dövlət EnergetikaXidmətinin elektrik enerjisi satışından topladığı vəsait hesabınaödənilib.
Stansiyada il ərzində 12 milyon kilovatt/saat elektrik enerjisiistehsal edilməsi nəzərdə tutulub.