Bakı. Trend:
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzayauğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı MilliXəstəxanadan evə buraxılıb.
TrendQırğızıstan KİV-ə istinadən xəbər verir ki, daha bir zərərçəkəninneyrotravma şöbəsində müalicəsi davam etdirilir.
Onun vəziyyəti sabitdir, o, yeriyə bilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirənsərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəriyaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlakolub, 29-u sağ qalıb. Zərərçəkənlər arasında 3 Qırğızıstanvətəndaşı da olub. Onlar dekabrın 30-da müalicələrini davametdirmək üçün Qırğızıstana göndəriliblər.