ÜST-nin sözçüsü Marqaret Harris Cenevrədə jurnalistlərə bildirib ki, virus insanlar arasında yayılmır, ancaq ev quşları və ya heyvanlarla təmas yolu ilə ötürülə bilər. O əlavə edib ki, hazırda insanlar arasında virusun davamlı yayılmasına dair heç bir dəlil yoxdur.
Luizianadakı ölümcül hadisə xroniki xəstəlik tarixi olan və həm ev quşları, həm də çöl quşlarına məruz qalan yaşlı bir xəstə ilə əlaqəli idi. Bunun fonunda ABŞ kənd təsərrüfatı müəssisələrində nəzarət tədbirlərini gücləndirib.
Avropada ötən ilin sentyabr-dekabr aylarında 657 quş qripi hadisəsi qeydə alınıb ki, bu da payız dövründə müəyyən artıma baxmayaraq, əvvəlki onilliklərlə müqayisədə aşağıdır.
Gülnar
www.anews.az