AZ

Gürcüstanda sabah matəm elan edilib

Gürcüstan hökuməti yanvarın 9-nu ölkədə matəm günü elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Buna səbəb yanvarın 5-i Abxaziyanın Qal rayonunun Saberio kəndində baş vermiş və beş uşağın ölümü ilə nəticələnən faciədir.

Məlumata görə, faciə qurbanlarının dəfn mərasimi yanvarın 9-da keçiriləcək.

Seçilən
55
10
qafqazinfo.az

10Mənbələr