Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Southend bələdiyyə üzvü Stefan Aylen gəminin ikinci bir yük - iprit qazı daşıya biləcəyindən narahatdır.
O, bu narahatlığını II Dünya müharibəsi zamanı "SS John Harvey" adlı başqa bir gəminin oxşar yük daşıması ilə əsaslandırır. 1943-cü ildə İtaliyada batırılan həmin gəmi iprit qazının sızması nəticəsində yüzlərlə insanın həyatını itirməsinə səbəb olmuşdu.
Aylen iprit qazının varlığına dair sübut olmasa da, bu ehtimalın ciddi şəkildə araşdırılmasını tələb edir. Onun sözlərinə görə, müttəfiqlər İtaliyaya belə bir qaz göndəriblərsə, 1944-cü ildə Normandiya çıxarmasından sonra eyni addımı İngiltərəyə də ata bilərlər.
1944-cü ilin avqust ayında "SS Richard Montgomery" Kentdəki Sheerness yaxınlığında batıb. Gəminin yükü nasist Almaniyasına qarşı potensial təhlükəsizlik tədbiri olaraq İngiltərəyə gətirilmiş silah və bombalardan ibarət olub.
Hazırda gəminin dirəkləri suyun səthində görünməkdədir və onların təhlükəsiz şəkildə çıxarılması üçün işlər planlaşdırılır. Lakin bu proses illərlə gecikdirilib və işlərin başlaması yalnız gələn il gözlənilir.
İngiltərənin Nəqliyyat Nazirliyi Aylenin iddialarına cavab olaraq bildirib ki, "SS Richard Montgomery" dünyada ən yaxşı sənədləşdirilmiş batmış gəmilərdən biridir və onun yükündə iprit qazı olduğuna dair heç bir sübut yoxdur. Nazirlik qeyd edib ki, gəminin təhlükəsizliyi ilə bağlı hər hansı tədbir yalnız dəqiq sübutlarla əsaslandırıla bilər.
Ekspertlər gəminin daşımaları ilə bağlı dəqiq məlumatın olmamasını və təhlükənin uzun müddət araşdırılmamasını şübhəli hesab edirlər. Neft tankerlərinin və digər böyük gəmilərin sıx hərəkət etdiyi bu ərazidə gəminin mövcud vəziyyətdə qalması ciddi müzakirələrə səbəb olur.
İprit (kimyəvi adı: dixlordietilsulfid) yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3, qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.
İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.
10Mənbələr
-
yenicag.azQiyamətə 1 saniyə daha yaxınlaşdıq ( 15103071)
-
editor.azABŞ 1 milyard dollara İrəvana bunu satmaq istəyir ( 15052035)
-
apa.azİsveçrə Ukrayna ilə bağlı hazırlıq danışıqları aparmağa hazırdır ( 15046465)
-
demokrat.azPutinlə tezliklə danışmağı planlaşdırıram — Tramp ( 15041795)
-
az.trend.azVladimir Putinlə tezliklə danışmağı planlaşdırıram - Donald Tramp ( 15041219)
-
teleqraf.comTramp ABŞ-ı Ukraynadan uzaqlaşdırmaq istəyir - Polkovnik ( 15032925)
-
sherg.azPutinin qara günləri bundan sonra başlayır - ŞƏRH ( 15023037)
-
editor.azDonald Tramp Volodimir Zelenskini qınadı: imkan verməməli idi ( 15013477)
-
yenicag.azİran-ABŞ razılaşmasındakı İKİNCİ HƏMLƏ: “Onda bölgə daha rahat nəfəs alar” ( 15013235)
-
missiya.azPeskov Putinin Trampla danışmağa hazır olduğunu bildirib ( 15011529)