AZ

Sorğu: ABŞ vətəndaşları, Baydenin prezidentlik dövrünün tarixi baxımdan uğursuz olaraq yadda qalacağını düşünür

Sorğu:

ABŞ-da aparılmış Gallup sorğusunun nəticələri, Co Baydenin xalq arasında necə qiymətləndirildiyini göstərir. Sorğuda iştirak edənlərin yarısından çoxu Baydeni zəif bir dövlət başçısı kimi dəyərləndirib və onun prezidentlik dövrünün tarixi baxımdan uğursuz olaraq yadda qalacağını düşünür.Bu nəticələr, Baydenin prezidentliyi dövründəki daxili və xarici siyasətinə olan narazılıqların əks-sədası kimi qəbul edilə bilər. Əsasən inflyasiya, iqtisadi çətinliklər, miqrasiya siyasəti və beynəlxalq arenada ABŞ-ın mövqeyinin zəifləməsi kimi problemlər, Baydenə qarşı tənqidi yanaşmanın əsas səbəbləri arasında göstərilir.Mütəxəssislər, belə bir qiymətləndirmənin həm də ABŞ-da siyasi qütbləşmənin artması ilə bağlı olduğunu vurğulayırlar. Demokratların bir hissəsi Baydeni müdafiə etsə də, Respublikaçılar və müstəqil seçicilər arasında onun populyarlığı əhəmiyyətli dərəcədə azalıb.Sorğu ABŞ vətəndaşları arasında keçən ilin 2-18 dekabr tarixləri arasında aparılıb. Sorğuda 1003 yetkin yaşda olan ABŞ sakini iştirak edib.Səidə Mustafa

Diqqət Çəkənlər

WP: Trampın Ukrayna üzrə sazişi ABŞ-ın nüfuzunu sarsıda bilər

Almaniyada silahlı hücum: iki nəfər həyatini itirib

Donald Tramp: Ukraynada baş verən münaqişədə Bayden günahkardır

Seçilən
39
ulusum.az

1Mənbələr