Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə kubokunda növbəti oyununu keçirib.
QOL.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası səfərdə Arda Turanın çalışdırdığı "Eyüpspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal həmin oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
"Eyüpspor"un qələbə qolunu isə matçın 70-ci dəqiqəsində Ahmed Kutucu vurub.