AZ

ABŞ və Böyük Britaniya Yəməni vurdu

Qırmızı dənizdəki ABŞ və Britaniya döyüş gəmiləri Yəmənin paytaxtı Sənada qruplaşmanın nəzarətində olan yəmənli husilərin (“Ənsar Allah” hərəkatı) hədəflərinə raket zərbələri endirib. Livanın “Al Mayadeen” telekanalı xəbər verir ki, qrupun ölkənin şimal-qərbindəki Amran əyalətindəki obyektləri də atəşə tutulub.

Hərəkatın lideri Əbdül Malik əl-Husi deyib ki, zərbələr Sənanın cənubundakı Sənhan rayonundakı Cərban hərbi düşərgəsinə, eləcə də Amran əyalətinin şimalındakı Əl-Cəbəl rayonunda Mexanikləşdirilmiş Briqadanın obyektlərinə endirilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, zərbələr Husilərə məxsus “mütərəqqi adi silahların saxlandığı” anbarları hədəf alıb. Onların məlumatına görə, bu qurğular ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinə, həmçinin Qırmızı dəniz və Fars körfəzindəki ticarət gəmilərinə hücumlar həyata keçirmək üçün istifadə edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr