Kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün baş tutan turun son qarşılaşmasında “Neftçi” və “Gənclər” komandaları üz-üzə gəliblər.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş qarşılaşma “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turun ilk günündə MOİK “Azərreyl”ə 0:3 (12:25, 10:25, 14:25) hesabı ilə uduzmuşdu. “Murov” isə “Xilasedici”ni darmadağın etmişdi – 3:0 (25:21, 25:19, 25:16).
Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları yanvarın 14-də keçiriləcək.
Yüksək Liqa
4-cü tur
8 yanvar
“Neftçi” – “Gənclər” 3:1 (25:21, 25:20, 19:25, 25:20)
Xallar: Murov – 12. Xilasedici – 9. Neftçi – 8. Azərreyl – 7. Gənclər – 0. MOİK – 0.