AZ

Türkiyədə 30 nəfərlik mütəşşəkil cinayətkar dəstə yaxlandı

“Anadolu” xəbər verir ki, İstanbulda taksi sürücüləri ilə əlbir olan fırıldaqçılar yaxaalanıb.

“Ən azı 30 şübhəli şəxs Beyoğlu, Şişli, Bakırköy və Fatihin mərkəzi rayonlarında taksi sürücüləri ilə əlbir olub, turistlərdən pulun saxta olub-olmadığını “yoxlamağı” təklif edib, sonra isə əskinasların bəzilərini gizlədiblər”, – mesajda deyilir.

Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları 30 həbs qərarı alıb, bir neçə nəfər isə hələ də axtarışdadır. Dəstə rəhbərləri də saxlanılıb.
Qeyd edək ki, ötən il Türkiyədə 350 min saxta dollar və 3,6 milyondan çox saxta avro müsadirə edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
66
editor.az

1Mənbələr