AZ

«Qiymətlər bütün dünyada artır»: Bakı-Balakən qatarında gedişin bahalaşmasının – SƏBƏBİ AÇIQLANIB

«Azərbaycan Dəmir Yolları» bir qədər əvvəl istifadəyə verilmiş Bakı-Balakən-Gecə qatarında gediş haqlarının bahalığına aydınlıq gətirib. 

«Plaskart» 22 manat, «SV» 88 manat – DƏMİRYOLUNDA YENİ QATARDA QİYMƏTLƏR

ADY-nin ADY-nin Sərnişin daşımaları departamentin rəhbəri Azər Fərəcov qiymətin bahalaşmasını dəmiryolunun xərclərinin artımı ilə izah edib. 

Xatırladaq ki, yanvarın 3-dən işə düşən Bakı-Balakən qatarı üç fərqli sinif üzrə xidmətlər təklif edir: «Standard», «Standard+» və «Biznes». 

Bu siniflər üzrə bilet qiymətləri «Standard» sinifi üçün 18-22 manat, «Standard+» sinifi üçün 27-33 manat, Biznes sinifi üçün isə 72-88 manat arasındadır. ADY-dan FED.az-a verilən məlumata görə, biletlərin qiyməti üzrə maksimal hədd müəyyən edilməyib, çünki bu məbləğlər tarixlərə və yataqların yerləşməsinə görə dəyişir. Məsələn, yuxarı yataqlar daha ucuz, aşağı yataqlar isə daha baha olur.

Azər Fərəcovun sözlərinə görə, son illər ümumiyyətlə dünya dəmiryol sənayesində müxtəlif səbəblərdən əməliyyat xərcləri əhəmiyyətli dərəcədə artıb. Departament rəhbəri bildirib ki, son 5 ildə dünyada həm hava, həm də dəmir yollarında biletlərin qiymətləri artıb. Azərbaycanda isə son 5 ildə (pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə) dizelin qiyməti 0,6 manatdan 1 manata, elektrik enerjisi 0,09 qəpikdən 11 qəpiyə yüksəlib. 

«Azərbaycan Dəmir Yolları» QSC-nin da son illərdə xərcləri müxtəlif istiqamətlərdə artıb. Artan xərcləri kompensasiya etmək üçün dəmir yollarında tariflərə yenidən baxılıb. Bundan əlavə, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qiymətlər yenidən formalaşdırılıb»-deyə o bildirib. 

Yeni açılmış Bakı–Balakən–Bakı marşrutu üzrə gediş haqqına gəlincə, departament rəhbəri burada da bahalaşmanı ADY-nin xərclərinin artımı ilə izah edib. 
«Xərclərin artması səbəbindən ADY yanvarın 3-dən bərpa etdiyi Bakı–Balakən–Bakı marşrutu üzrə gediş haqqı tariflərinə də dəyişiklik edib. Tariflərə dəyişiklik edilərkən Bakı–Balakən–Bakı marşrutu üzrə istifadə olunan vaqonların əsaslı təmiri, təmir üçün ehtiyat hissələrinin xarici şirkətlərdən alınması, həmçinin yol infrastrukturunun, stansiya, dayanacaqların təmiri, qatarların, stansiyaların, dayanacaqların təmirdən sonra saxlanması xərcləri, həmçinin 2019-cu illə müqayisədə kommunal xərclərin, işçilərə ödənilən əməkhaqqının, vergilərin artması, vaqonlar üçün yataq dəstlərinin yenidən alınması, davamlı yuyulması xidməti və bu kimi digər xərclər nəzərə alınıb». 

ADY-nin məsul şəxsi bildirib ki, 2019-cu ildən bəri dəmiryolunda bir çox xidmətlərin qiyməti artıb. Onun bildirdiyinə görə: «2024-cü ilin 6 ayında dəmiryol infrastrukturu xərcləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 202 faiz artıb. 2024-cü ildə bələdçlərin əmək haqqı 2019-cu illə müqayisədə 82 faiz yüksəlib.

Bundan başqa, 2024-cü ildə dartı xərcləri 2019-cu illə müqayisədə 22 faiz, 2024-cü ildə yataq dəstlərinin yuyulması xərcləri isə 2019-cu illə müqayisədə 147 faiz artıb. Təkcə bu sadalananlar üzrə xərclərin artımı orta hesabla 113 faiz təşkil edir». 

"Azərbaycan Dəmir Yolları"ndan biznes və sahibkarlar üçün - MÜHÜM YENİLİK

“Yəni Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımada 5 illik fasilə olduğu üçün yeni qiymətlər bəlkə də buna görə bəzi sərnişinlərə yüksək görünür, lakin fasilə olmasaydı belə, bu xətt üzrə tariflər indiki həddə çatacaqdı. Qiymət həm də ümumi xərclər, o cümlədən xidmətə görə (qatarda rahat gecələmək üçün hər cür şəraitin olması, yataq dəstinin təqdim olunması, siniflər üzrə fərqli xidmətlər) formalaşdırılır”-deyə A.Fərəcov bildirib.

Seçilən
34
fed.az

1Mənbələr