AZ

Türkiyə millisinin və "Fənərbağça"nın sabiq futbolçusu motosiklet qəzası keçirib

Türkiyə millisinin və "Fənərbağça"nın sabiq futbolçusu Emre Belezoğlu motosiklet qəzası keçirib.

"Report" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, hadisədən dərhal sonra 44 yaşlı mütəxəssis xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, E.Belezoğlu "Fənərbağça", "Başakşəhər" və "Ankaragücü" klublarının baş məşqçisi olub.

Seçilən
47
5
report.az

6Mənbələr