AZ

"Bridge Group of Companies" işçilər axtarır - MAAŞ 1000-1200-1500 MANAT - VAKANSİYALAR

Bridge Group of Companies

İnsan Resursları üzrə mütəxəssis

 Son tarix 08 fev 2025 - [email protected]

 İş şəraiti:

  • İş yeri: “Bridge Plaza”, Bakı şəh., Bakıxanov küç.6
  • İş qrafiki:  5/2, 09:00-18:00;
  • Əmək haqqı: 1000-1200 azn;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədə tələblər:

  • 25-35 yaş arası namizədlər;
  • Ali təhsil - (İnsan resursları, psixologiya və ya əlaqədar ixtisaslar);
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Sərbəst rus və ya ingilis dili biliyi olmaq
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Əmək qanunvericiliyi üzrə nəzəri və praktik biliklər;

Vəzifə öhdəlikləri:

  • ƏMAS və İSB portallarında əməliyyatların aparılması;
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, işçi qovluqların hazırlanması,işçilərin elektron əmək müqavilələrini təsdiqləməsini izləmək;
  • Performansın idarəolunması və işçi qiymətləndirilməsi sisteminin təşkili və tətbiqində rol almaq;
  • Məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Bütün növ kadr əmrlərinin hazırlanması;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması, təsdiqlənməsi və işçilərlə tanış edilməsi;
  • İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin izlənməsinə nəzarət və son olaraq yoxlayıb mühasibat şöbəsinə göndərilməsi;
  • Xəstəlik vərəqələrinin yoxlanması ,qeydiyyatı və uçotunun aparılması;
  • Xasiyyətnamələrin, İnsan resursları üzrə lazımi məktubların və s. hazırlanması və qeydiyyatı;
  • Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılması;
  • Şirkət mədəniyyəti və təşkilati dəyişikliklərlə bağlı təşəbbüslər;
  • Rəhbərliyin istəyi əsasında İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;

Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) elektron poçt ünvanına mövzu hissəsində " İnsan Resursları üzrə mütəxəssis " qeyd etməklə göndərə bilərlər. Yalnız qeyd edilən tələblərə cavab verən CV-lərə baxılacaqdır. 

 

 

İşə qəbul üzrə baş mütəxəssis

Son tarix 08 fev 2025 - [email protected]

 İş şəraiti:

  • İş yeri: “Bridge Plaza”, Bakı şəh., Bakıxanov küç.6
  • İş qrafiki:  5/2, 09:00-18:00;
  • Əmək haqqı: 1200 -1500 AZN;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

Namizədə tələblər:

  • 25-35 yaş arası namizədlər;
  • Ali təhsil - (İnsan resursları, İdarəetmə, psixologiya və ya əlaqədar ixtisaslar);
  • İşə qəbul üzrə (Recruitment) 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Headhunting bacarığlı;
  • Müsahibələri sərbəst təşkil etmək;
  • Sosial şəbəkələrdə aktiv olmaq;
  • Sərbəst rus və ya ingilis dili biliyi olmaq

Vəzifə öhdəlikləri:

  • Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası;
  • Daxil olan Vakansiya tələbinə əsasən işçi ehtiyacının təhlili;
  • Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirməsi (işədüzəlmə portalları, sosial və peşəkar şəbəkələr (məs. LinkedIn)) və s.;
  • CV-lərin screeningi, namizədlərin short listinin haızrlanması və ilkin müsahibənin keçirilməsi
  • Müsahibələrin online və ya offline təşkili, referansların alınması;
  • Ehtiyac olarsa, namizədlər üçün test mərhələnin keçirilməsi, ilkin seçimi və müvafiq struktur bölməyə yönləndirilməsi;
  • Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi;
  • İş təklifinin göndərilməsi və müsahibə nəticələri barədə digər namizədlərin məlumatlandırılması;
  • Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi;
  • Adaptasiya və Orientasiya proqramlarının hazırlanması,tətbiqi, sınaq müddətlərinin izlənilməsi;
  • İşçilərin davamiyyətinin izlənməsi və uçotunun aparılması
  • Əmək yarmarkalarında iştirak etmək, gənc namizədlər üçün müxtəlif lahiyələri hazırlamaq və təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv işləmək, istedadlı mütəxəssisləri cəlb etmək 
  • İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması və İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi;

Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində "İşə qəbul üzrə baş mütəxəssis" qeyd etməklə göndərə bilərlər. Yalnız qeyd edilən tələblərə cavab verən CV-lərə baxılacaqdır. 

Seçilən
70
50
fed.az

10Mənbələr