AZ

Ermənistan Rusiya sərhədçilərinin sayının azaldılmasına icazə verir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanla Ankara arasında münasibətlərin normallaşacağı təqdirdə Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərinin sayının azaldılmasının mümkünlüyünü açıqlayıb, RİA Novosti yazır.

“Əgər Ermənistanla Türkiyə arasında fəaliyyət göstərən açıq sərhəd, etimad mühiti olarsa, o zaman bu məsələni də müzakirə edə bilərik”, – Mirzoyan bildirib.

Yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədində xidmətini dayandırıb.

İyul ayında Rusiya sərhədçiləri 32 illik xidmətdən sonra İrəvanın Zvartnots hava limanını tərk ediblər . Ermənistan tərəfi sərhəd-keçid məntəqəsində dövlət sərhədini qoruyub.

DOĞRU.AZ

Seçilən
18
dogru.az

1Mənbələr