“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Super Kubokunun Bilbao “Atletik”i ilə yarımfinal oyunundan gözləntisini paylaşıb.
Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Atletik”ə qarşı oynamaq həmişə çətindir. Bu, çox yaxşı komandadır, çox yaxşı oyunçuları var və böyük fəlsəfəyə malikdir. Onların oyununu izləmək xoşdur. Bizi çox maraqlı oyun gözləyir”, deyə Flik vurğulayıb.
Alman mütəxəssis həmçinin İspaniya Super Kubokunda mümkün qalibiyyətin “Barselona” üçün nə demək olacağı haqda fikrini bildirib:
“Mən hiss edirəm ki, komandam qarşıdakı oyuna hazırdır. Biz bütün diqqətimizi bu oyuna kökləyib qalib gəlməliyik. Əvvəl-axır, qənimət qazanmağımız bizim üçün çox vacibdir və bu, çox şey deməkdir. Biz özümüzü sübut etməyə və çox yaxşı oyun keçirməyə hazırıq”, deyə Flik ümumi yanaşma ilə kifayətlənib.
Xatırladaq ki, “Atletik” – “Barselona” oyunu bu gün, yanvarın 8-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
İspaniya Super Kubokunun digər yarımfinal cütündə “Real” və “Malyorka” komandaları üz-üzə gələcəklər.