AZ

ABŞ ilə bu ölkə arasında viza rejimi ləğv edilir

Rumıniya vətəndaşları Səyahət İcazəsinin Elektron Sistemi platforması vasitəsilə ABŞ hakimiyyətinə gələcək səfərləri barədə məlumat verərək mart ayından etibarən ABŞ-yə vizasız daxil ola biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu məlumat verib.

“Biz daha 2,5 ay, yəni martın 1-nə qədər gözləməliyik. Söhbət texniki sistemlərin həllindən gedir”, - XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Rumıniya vətəndaşlarının ABŞ-yə daxil olması üçün vizaya ehtiyacı olmayan 43-cü ölkə olacaq.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr