AZ

Zurabişvili özünə yeni iş tapdı

Gürcüstanda prezidentlik müddəti başa çatdıqdan sonra Salome Zurabişvili Arizona Dövlət Universitetinin Makkeyn İnstitutunda "Henri Kissincer 2025" tədqiqat proqramının iştirakçısı olub.

 

TASS xəbər verir ki, o öz işinə görə təqaüd alacaq.

 

"Mən Kissincer Təqaüdünü almaqdan qürur duyuram ki, avtokratiyalar və demokratiyalar arasında mübarizə zamanı bizim Gürcüstanın bu mübarizəni təcəssüm etdirməsi çox vacibdir", - deyə Zurabişvili bildirib.

 

Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, Prezident sarayını tərk edib, lakin özünü Gürcüstan prezidenti hesab etməkdə davam edir.

Seçilən
33
4
senzor.az

10Mənbələr