AZ

"Tottenhem"in futbolçusu qazona yıxıldı, huşunu itirdi

style='margin-bottom:10px;'>

"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankurun başına pis hadisə gəlib.

QOL.az xəbər verir ki, o, İngiltərə Liqa Kubokunun yarımfinalında "Liverpul"la matçda yıxılıb.

27 yaşlı yarımmüdafiəçi 8-ci dəqiqədə künc zərbəsindən sonra topa başla zərbə endirmək istəsə də, uğursuz olub və qazona düşüb. Bentankur huşunu itirib.

Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra ona oksigen maskası taxıblar. Futbolçu meydandan xərəkdə çıxarılıb.

Bu zaman hər iki komandanın azarkeşləri Bentankuru alqışlayıblar. 

Uruqvaylı oyunçu Brennan Consonla əvəzlənib.

Seçilən
30
teleqraf.com

1Mənbələr