AZ

Qazaxıstan taxılının Azərbaycana tədarükü 2024-cü ildə 86% artıb

Astana, 9 yanvar, AZƏRTAC

2024-cü ildə "Qazaxıstan Dəmir Yolları" SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib.

AZƏRTAC "Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.

Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.

Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana tədarük isə iki dəfə artıb.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
22
4
azertag.az

6Mənbələr