“Kristal” Mənzil-Tikinti Kooperativinin (VÖEN: 0300123011) 63 min manata yaxın vergi borcunun olduğu məlum olub.
Publika.az FED.az-a istinadən xəbər verir ki, 8 yanvar 2025-ci il tarixinədək olan məlumata görə MTK-nın 62 min 667.94 manat vergi borcu var.
Tikinti Korporativi 15 noyabr 2005-ci ildə yaradılıb, 200 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Nəcibə Ağayeva Şahbaz qızıdır.