AZ

Vəzifəli şəxsin fermasını talayan şəxsə cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Anar Kərimlinin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Anar Kərimli 2021-ci ilin sentyabr ayından 02 mart 2022-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş Mahir Əsədova (şərti) məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyib. O, çalışdığı müddət zamanı ümumilikdə 73 100 manat dəyərində oğurluq edib, o cümlədən 3 300 manat dəyərində 22 baş qoyunu, 2 200 manat dəyərində olan 1 baş inək və inəyin 6 aylıq balasını, 60 000 manat dəyərində olan 15 000 ədəd farel balığını, 7 500 manat dəyərində olan 5 ədəd havalandırıcı mühərriki və 4 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki gizli olaraq talayıb.

 

Qeyd: Zərərçəkmiş Mahir Əsədov şirkətlərin birində direktor müavini vəzifəsində çalışıb. 

 

Kamal Məmmədov

 

Tarix: 9 Yanvar 2025, 09:53   
Seçilən
39
2
pravda.az

3Mənbələr