AZ

Türkiyənin Suriya planı – BİZİM ŞƏRH

Suriyanın yeni administrasiyasından terror təşkilatına qarşı lazımi addımların atılmasını tələb edən Ankara bütün ssenarilərə hazırlığını davam etdirir.

Herbiand.az xəbər verir ki, sərhəddəki qoşunlar ola biləcək əməliyyata hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan PPK yaraqlılarına xəbərdarlıq etmişdi.

Türkiyə mənbələrinin məlumatına görə, artıq prosesə start verilib.

“Terrorsuz Türkiyə” şüarı ilə sürdürülən prosesin addımlarını atan Ankara, terror təşkilatı PKK-nın həm İraqda, həm də Suriyada məhv edilməsi üçün bütün ssenarilərə hazırdır. Əsəd rejiminin devrilməsindən sonra başlayan yeni dövrdə infrastrukturdan enerjiyə, ticarətdən səhiyyəyə qədər Suriyaya hər mənada dəstək verəcəyini açıqlayan Türkiyə terror təşkilatının ortadan qaldırılması istiqamətində strateji addımlar atmağa davam edir. PKK/YPG. Suriya keçid hökumətinin lideri Əhməd Şara ilə ardıcıl görüşlər keçirən Ankara lazımi addımların atılması tələbini açıq şəkildə çatdırıb.

Türkiyədə hazırlanan əməliyyat planına görə, birinci mərhələdə Suriyadakı PKK/YPG-nin tərkibindəki suriyalı olmayan terrorçular ən qısa zamanda ölkəni tərk etməlidir. Türkiyə, İran, İraq və Avropadan gələn PKK kadrları qeyd-şərtsiz ölkəni tərk edəcək. İkinci mərhələdə suriyalılar da daxil olmaqla YPG-nin bütün komandanlığı Suriyanı tərk edəcək. Suriya vətəndaşı olanlar da silahlarını yerə qoyacaq.

Silahı yerə qoyanların Suriyanın yenidən qurulmasında iştirakı və onların yeni sistemə inteqrasiya edilib-edilməyəcəyini Suriya yeni rəhbərliyi müəyyənləşdirəcək.

Seçilən
17
50
herbiand.az

10Mənbələr