Rusiyada Penzanın keçmiş qubernatoru İvan Belozertsevin 18 qol saatı müsadirə edilib. Saatların ümumi dəyəri 9 milyon rubldan (84 min dollar) çoxdur.
Hafta.az-ın TASS-a istinadən yazdığına görə, saatlar arasında biri 4,5 milyon rubl (43 min dollar), digəri isə təxminən 2,5 milyon rubl (24 min dollar) dəyərində olan iki Rolex markası da var. Bildirilib ki, qubernatorun dəbdəbəli ləvazimatları Baş Prokurorluğun müraciəti əsasında dövlət xəzinəsinə keçəcək.
Audit qurumunun açıqlamasına görə, Belozertsev bu saatları qanunsuz yolla əldə etdiyi gəlirlə alıb.
2024-cü il yanvarın sonunda korrupsiya və silah saxlamaqda təqsirli bilinən Belozertsev 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, keçmiş qubernatora azadlığa çıxdıqdan sonra on il müddətində dövlət vəzifələrində işləmək qadağan olunub.