Almaniyanın vitse-kansleri Robert Habek yeni seçilmiş prezident Donald Trampın NATO üzv ölkələrinin hərbi xərclərini ÜDM-nin 5 faizinə çatdırmaq fikrini tənqid edərək bunun real olmadığını deyib.
Editor.az bu barədə Funke-ye istinadla xəbər verir. “Donald Trampın təklif etdiyi şey real deyil. Biz beş faiz almayacağıq”, – Habeck deyib. Vitse-kansler xərclərin ÜDM-in 3,5%-nə qədər artırılması çağırışını təkrarlayıb və artımın müvəqqəti olacağını vurğulayıb.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansında “ortamüddətli məqsəd” kimi məhz bu variant müzakirə olunur.
Bundan əvvəl Donald Tramp NATO-ya üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5 faizinə çatdırmağa çalışacağını bildirmişdi. O qeyd edib ki, NATO ölkələri ÜDM-in 2 faizi həcmində maliyyələşmə ilə öz məqsədlərinə nail ola bilməyəcəklər.
//Gülnarə Abasova, Editor.az