ABŞ prezidenti Co Baydenin administrasiyasının son gününə qədər ABŞ Ukraynaya hərbi yardım göndərəcək. Vaşinqton Kiyevin digər müttəfiqlərindən də yardımın davam etdiriləcəyinə əmindir.
Vətəninfo.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Biz bu administrasiyanın işinin son gününə qədər Ukraynaya bu dəstəyi göstərməyə davam edəcəyik. Bilirəm ki, tərəfdaşlarımız gələcəkdə də dəstəyini davam etdirəcəklər”, – o, Fransaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Kiyevə hərbi yardımın göstərilməsini şərh edərkən bildirib.