AZ

Azərbaycanın spirtli içkilər istehsalçısının satışdan gəliri kəskin artıb

"A+CO" ASC 2023-cü ili 1 milyon 889 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 45 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci illə müqayisədə 2023-cü ildə "A+CO" şirkətinin xalis mənfəəti 156 min manat və ya 7,6% azalıb.

Marja.az xəbər verir ki, "A+CO" ASC-nin satışdan gəlirləri 2022-ci ildə 31 milyon 747 min manat ikən, 2023-cü ildə 54 milyon 448 min manata yüksəlib (22 milyon 701 min manat və ya 71,5% artıb ). Həmçinin, 2023-cü ildə Şirkətin maya dəyəri üzrə xərcləri 2,5 dəfəyə yaxın (26 milyon 114 min manat və 150%) artaraq 2022-ci ildəki 17 milyon 581 min manatdan 43 milyon 695 min manata yüksəlib. Şirkətin ümumi və inzibati xərcləri də artıb, 2 milyon 243 min manat debitor borclar üzrə itiki baş verib. Xərclər gəlirlərdən daha çox artıdığı üçün "A+CO" ASC-nin xalis mənfəəti azalıb.

14.09.2023-cü il tarixndə təsisçi dəyişikliyinə görə, "A+CO" ASC-nin nizamnamə kapitalının 100%-i Nəbiyev Elburus Ənvər oğluma məxsus olub. 

Xırdalan şəhərində yerləşən "A+CO" ASC spirt, çaxır, araq və konyak məhsulları istehsal edir. 

A+CO Nəbiyev Elburus
Seçilən
46
marja.az

1Mənbələr