Bakı, 9 yanvar, AZƏRTAC
Çadın prezident kompleksinə silahlı şəxslərin hücumu nəticəsində 19 nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çad hökumətinin mətbuat katibi və xarici işlər naziri Abderaman Kulamalla açıqlamasında bildirib. O qeyd edib ki, ölənlərdən 18-i hücumçu, biri isə əsgərdir.
Daha yeddi nəfərin yaralandığını deyən nazir hazırda vəziyyətin tam təhlükəsiz olduğunu söyləyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.