Türkiyə Silahlı Qüvvələri Suriyada PKK yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib...
Poliqon xəbər verir ki, bu barədə Türkiyə qəzeti hərbi mənbələrə istinadən yazır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara Suriyadakı PKK yaraqlılarına ultimatum verib və çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat aktuallaşa bilər.
"Suriyanın yeni administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlər görməsini tələb edən Ankara istənilən ssenariyə hazırlaşmaqda davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyat üçün döyüş hazırlığı vəziyyətinə gətirilib" yazan nəşr qeyd edir ki, Ankara bütün mümkün ssenarilərə və hərbi hərəkətlərə hazırdır.
Poliqon.info