![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/c41e814a-18ad-380d-9176-1ce662978baf_850.webp)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çini məyus edən bəyanatla çıxış edib. Ağ Evin yeni sahibi Vaşinqtonda jurnalistlərlə söhbətində bildirib ki, o Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcək. “Bizim gəmilərdən daha çox vəsait alırlar. Bu baş verməyəcək. Çin isə Panama kanalına nəzarət edir. Bu baş verməyəcək”, - deyə o qeyd edib.
Bundan əvvəl Tramp bildirib ki, ABŞ Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmayacağı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər.
Mətləb Salahov