AZ

Bayden Kaliforniyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib

ABŞ prezidenti Co Bayden Kaliforniyada azı 5 nəfərin ölümü ilə nəticələnən yanğınlar səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib. O, həmçinin ştatda fəlakətli vəziyyət elan edib.. 

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yaydığı bəyanatda deyilir.

Kaliforniya Yanğın Departamentinin məlumatına görə isə, Los-Anceles qraflığında yanğınların ümumi sahəsi təxminən 11 min hektara çatıb. Yanğın 1 mindən çox binanı məhv edib və ən azı beş nəfərin ölümünə səbəb olub. Rayonda 175 mindən çox elektrik istehlakçısı işıqsız qalıb.

Poliqon.info

Seçilən
6
38
poliqon.info

10Mənbələr