AZ

ABŞ Ermənistanla strateji tərəfdaşlığı dayandırır?

ABŞ Dövlət Departamenti: Hazırda Ermənistanla strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə bağlı elan ediləcək heç nə yoxdur...

Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı hazırda nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.

Xatırladaq ki, yanvarın 8-də mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Amerika əməkdaşlığının artıq strateji xarakter daşıdığını bəyan edərək, tərəflərin razılığı ilə strateji dialoqun qurulduğunu bildirib.

“Müvafiq sənəd və ya sənədlər müzakirə olunur, Ermənistan və ABŞ rəsmiləri arasında görüşlər də planlaşdırılır”, deyə Mirzoyan qeyd edib.

Lakin ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna verilən cavab onu deməyə əsas verir ki, artıq Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlıq arxivə göndərilib. Əks təqdirdə Dövlət Departamenti fərqli cavab verər və ABŞ-Ermənistan strateji tərəfdaşlığı barədə bir neçə cümlə sərf edərdilər.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr