AZ

Ötən il dünyada ərzaq qiymətləri necə dəyişib? – RƏSMİ (FOTO)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2024-cü ilin noyabrayında orta hesabla 127.5-ə bərabər olub.

Bununla da ərzaq qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə0.5%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 5.7% artıb.

Trend-inrəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində ən çoxqiymət artımları bitki yağı və süd məhsulları üzrə qeydəalınıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi ötən ilin noyabr ayında ortahesabla 111.4 bənd təşkil edib. Bu göstərici oktyabr ayına nisbətən3.0 bənd (2.7%), 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 9.6bənd (8.0%) azalıb.

Məlumata görə, taxıl məhsullarının qiymət indeksinin azalmasınınəsas səbəbləri Cənubi Yarımkürəsində məhsul yığımı mövsümününolması və Şimal Yarımkürəsində ixracatçı ölkələrdə məhsulşəraitinin yaxşılaşması fonunda buğda qiymətinin azalmasıdır. Eynizamanda arpa və sorqonun, eləcə də düyü qiymətinin azalması qiymətindeksinin mənfiyə dəyişməsinə səbəb olub.

BİTKİ YAĞLARI

Bitki yağı Qiymətləri İndeksi ötən ilin noyabr ayında ortahesabla 164.1 bənd təşkil edib ki, bu da oktyabr ayına nisbətən11.4 bənd ( 7.5% ), 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə40.0 bənd (32.2% ) çoxdur.

Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri kimiCənub -Şərqi Asiyanın əsas istehsalçı ölkələrində mövsümiistehsalın aşağı olması fonunda palma yağının, günəbaxan və kolzayağının, həmçinin soya yağı qiymətinin artması göstərilir.

SÜD MƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi 2024-cü ilin noyabr ayındaorta hesabla 139.9 bənd təşkil edib. Məlumata görə, bu, ötən ilinoktyabr ayı ilə müqayisədə 0.9 bənd (0.6%), 2023-cü ilin müvafiqdövrü ilə müqayisədə isə 23.4 bənd (20.1%) çoxdur.

Süd məhsullarının qiymət indeksinin artmasının əsas səbəblərikimi Qərbi Avropada süd istehsalının mövsümi azalması fonunda tamsüd tozunun, yüksək tələbat fonunda pendirin və kərə yağıqiymətinin artması göstərilir.

ƏT MƏHSULLARI

Ət Qiyməti İndeksi 2024-cü ilin noyabr ayında orta hesabla 118.1bənd təşkil edib. Bu göstərici ötən ilin oktyabr ayına müqayisədə0.9 bənd (0.8%), 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 6.6bənd (5.9%) çoxdur.

Məlumata görə, ət məhsulları qiymət indeksinin azalmasınavalyuta dəyişənlikləri fonunda mal əti qiymətinin azalması, yüksəkixrac fonunda quş əti qiymətinin azalmas və aşağı tələb fonundadonuz əti qiymətinin azalması təsir göstərib.

ŞƏKƏR

Şəkər Qiymət İndeksi ötən ilin noyabr ayında orta hesabla 126.4bənd təşkil edib ki, bu da oktyabr ayına nisbətən 3.1 bənd (2.4faiz), 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 35.0 bənd (21.7%)azdır.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsassəbəbləri kimi Braziliyada bitkiçilik perspektivlərininyaxşılaşması fonunda şəkər qiymətinin azalması və Braziliyarealının ABŞ dolları qarşısında zəifləməsi fonunda şəkər qiymətininazalması göstərilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötənilin noyabr ayında ölkədə ərzaq məhsulları üzrə illik 4,4%-likinflyasiya qeydə alınıb, qeyri-ərzaq məhsulları 2,2% bahalaşıb.İllik xidmət inflyasiyası isə bu dövrdə 6% təşkil edib.

Onu da əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatınaəsasən, Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndəticarət şəbəkəsində istehlakçılara 53867,7 milyon manatlıq, ocümlədən 29534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütünməmulatları, 24332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq mallarıüzrə 6,1 faiz artıb.

Seçilən
42
2
az.trend.az

3Mənbələr