AZ

Görün "Barselona" nələri hərraca çıxardı: Ən bahalı lot Messiyə məxsusdur

“Barselona” köhnə “Kamp Nou” stadionundan qalan xatirə əşyalarının hərracını keçirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, sərgidə nümayiş etdirilən əşyalar arasında ən qiymətli lotlar həm klub əfsanələrinin, həm də komandanın hazırkı oyunçularının dolabları olub.

Hərracda ən diqqət çəkən əşyalar arasında Lionel Messinin başlanğıc qiyməti 350 min dollar olan dolabı da var. Qeyd olunur ki, bu şkafın divarlarında hələ də argentinalının çəkmələrinin sürtünmə izləri var.

Bu hərracla "Barselona" təkcə vəsait toplamaq deyil, həm də azarkeşləri ilə klubun zəngin tarixi arasında emosional əlaqəni gücləndirməyi qarşısına məqsəd qoyub.

Hərrac yanvarın 23-dən fevralın 13-dək keçiriləcək.

Seçilən
20
publika.az

1Mənbələr