AZ

Vladimir Zelenski ikinci müddətə prezident olmaq istəyir

Ukrayna prezidenti Vladimir Zelenski artıq ikinci müddətə namizəd olmaq qərarına gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə Ukraynanın Teleqraf nəşri dövlət başçısının yaxın ətrafına istinadən yazıb.

Hələlik Ukrayna lideri bunu açıq şəkildə bəyan etməyib.

Nəşr qeyd edir ki, 52 faiz etimad səviyyəsi ilə onun prezident seçkilərində qalib gəlmək şansı var.

Onun əsas rəqibi isə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeriy Zalujnı hesab olunur.

Seçilən
0
herbiand.az

1Mənbələr