Diplomatiyanın təzyiq vasitəsinə çevrildiyi, bəyan edilənneytrallığın isə açıq-aşkar tərəfgirliyə çevrildiyi vəziyyətdəetimadın dağılması qaçılmazdır. Məhz bu, hazırda Azərbaycan vəAvropa İttifaqı arasındakı münasibətlərin əsas problemidir. RəsmiBrüssel əvvəllər Ermənistanla Azərbaycan arasındakı münasibətlərinnormallaşdırılması üçün qərəzsiz vasitəçi kimi çıxış edəcəyinibəyan etsə də, əməlləri ilə bu iddialarını alt-üst edib. Məsələninhəlledici dönüş nöqtəsi yalnız Avropa İttifaqı müşahidəçilərininAzərbaycan-Ermənistan sərhədindəki missiyasının uzadılması deyil,həm də həmin missiyanın Azərbaycanın milli maraqlarına açıq təhqirkimi qəbul edilən davranışıdır.
Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası(European Union Mission in Armenia, EUMA) ilkin olaraq 2022-ci ilinoktyabrında cəmi iki ay müddətinə nəzərdə tutulmuşdu. Rəsmiaçıqlanan məqsədi də sərhəddə vəziyyətin monitorinqini həyatakeçirmək idi. Amma bu missiya öz ilkin məqsədlərindən uzaqlaşaraquzunmüddətli layihəyə çevrildi. Missiyanın iki il müddətinəuzadılması Azərbaycanla hər hansı məsləhətləşmə aparılmadan başverdi və bu, yalnız etimadı sarsıtmadı, həm də diplomatikprinsiplərin kobud şəkildə pozulması oldu. Bundan da pisi,missiyanın tərkibinə Avropa İttifaqına üzv olmayan ölkələrinnümayəndələri daxil edildi ki, bu da Azərbaycana qarşı açıq-aşkartəxribat xarakteri daşıyırdı. Azərbaycanın maraqlarına birbaşatəsir edən qərarların onun iştirakı olmadan verilməsi, üstəlikmüşahidəçilərin fəaliyyəti siyasi tamaşa təsiri bağışlayanda,Brüsselə etimad necə saxlanıla bilər?
"Binokl şousu" adı ilə Azərbaycanın ictimai-siyasi gündəminədaxil olan hadisələr Avropa İttifaqı müşahidəçilərinin sərhəddəkitəxribatlarının simvolu sayıla bilər.
"Müşahidəçi"lər hərbi uniformaya bənzər geyimlərdə Azərbaycanabinokllarla baxarkən nümayiş etdirdikləri görüntülər təkcəErmənistana dəstəklə yanaşı, Azərbaycana aşkar meydan oxumağı əksetdirirdi. Xüsusilə də Polşa prezidenti Andjey Dudanın ErmənistanınAzərbaycanla şərti dövlət sərhədinə gələrək ərazilərimizi binokllamüşahidə etməsi hadisəsi siyasi teatrın ən yüksək nöqtəsinəçevrildi. Bu hərəkət, Azərbaycanın ərazisinə düşmən gözü iləbaxıldığını göstərən açıq bir simvol idi və Bakıda bu, yalnızyüksək tonlu siyasi mesaj kimi deyil, birbaşa meydanoxuma kimiqəbul edildi.
Avropa İttifaqının Ermənistanı dəstəkləməyə yönəlmiş siyasətitəkcə Azərbaycanla münasibətlərə deyil, həm də onun regiondakımaraqlarına zərbə vurur. Brüssel artıq Bakıdan enerji və nəqliyyatlayihələri üçün tələb etdiyi strateji əməkdaşlığı itirmək təhlükəsiilə üz-üzədir. Azərbaycan Avropa İttifaqını artıq tərəfdaş deyil,regional sabitliyi öz maraqları naminə qurban verməyə hazır olansiyasi manipulyator kimi görür. Nəticədə, Bakı Ankara və Moskvakimi ölkələrlə münasibətlərini gücləndirir, çünki bu ölkələrAzərbaycanın suverenliyinə və maraqlarına hörmətlə yanaşır.
Avropa İttifaqı çətin seçim qarşısındadır. Brüssel yalnızsəhvlərini qəbul etməklə kifayətlənməməli, həm də öz siyasətindəradikal dəyişikliklər etməlidir. İlk növbədə etimadın bərpasıistiqamətində addımlar atılmalıdır. Bunun üçün isə aşağıdakı zəruriaddımlar vacibdir:
Birincisi, birtərəfli qərarlardan imtina edilməlidir. Avropaİttifaqının müşahidə missiyasının mandatı ilə bağlı hər hansıdəyişikliklər Azərbaycanla razılaşdırılmalıdır. Azərbaycanınmaraqlarını nəzərə almadan verilən qərarlar yalnız etimadı sarsıdırvə gərginliyi artırır.
İkincisi, təxribat xarakterli simvolik hərəkətlərdən çəkinməklazımdır. Avropa İttifaqının müşahidəçiləri sərhəddə hər hansıtərəfgir mövqe nümayiş etdirmədən, qərəzsiz fəaliyyətgöstərməlidirlər. Durbinlə Azərbaycana baxmaq kimi təxribatçıdavranışlardan imtina olunmalıdır.
Üçüncüsü, real dialoqa fokuslanmaq vacibdir. Təzyiq göstərməkəvəzinə, Avropa İttifaqı tərəflər arasında bərabərhüquqlu vəkonstruktiv dialoq üçün şərait yaratmalıdır.
Avropa Parlamentinə gəldikdə, bu struktur dəfələrlə Azərbaycanlabağlı qərəzli və birtərəfli qətnamələr qəbul etmişdir. 2020 və2022-ci illərdə qəbul edilən qərarlarda Azərbaycan "insan haqlarınıpozmaqda və əsassız təcavüz"də ittiham olunmuşdu. Həmin sənədlərErmənistanın 30 il ərzində Azərbaycanın ərazilərini işğal etməsini,Qarabağın mədəni və ekoloji irsinin məhvini, bir milyondan çoxməcburi köçkünün taleyini gözardı etmişdi. Əksinə, AvropaParlamenti yalnız Ermənistanın "humanitar problemləri" ilə məşğulolmuş, Azərbaycanın təqdim etdiyi faktlara, o cümlədən qanunsuzsilah-sursat daşımalarını sübut edən peyk şəkillərinə məhəlqoymamışdı. Bu, Avropa Parlamentinin azərbaycanofobiya siyasətininaçıq sübutudur.
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) uzun müddətərzində Azərbaycanın maraqlarını nəzərə almaqda çətinlik çəkib.Müstəqilliyinin ilk illərindən etibarən Azərbaycan dəfələrlə buqurumun qərəzli mövqeyi ilə üzləşmişdir. 1993-cü ildə AŞPAErmənistanın Qarabağ iddialarını dəstəkləyən qərar qəbul etdi ki,bu da Azərbaycanın beynəlxalq hüquq çərçivəsində bərpa etməyəçalışdığı suverenliyinə zidd idi. 2005-ci ildə belə, AŞPAAzərbaycanın ərazilərinin işğalını tanısa da, erməni qoşunlarınınçıxarılmasına dair konkret tələb irəli sürmədi.
Son illərdə isə AŞPA Azərbaycanda insan hüquqları və demokratiyamövzusunu gündəmdə saxlayarkən, Ermənistanda müxalifətin təqibi vəsöz azadlığının boğulmasını tamamilə görməzdən gəlmişdir. Bu, ikilistandartların açıq nümunəsidir və Avropa institutlarınaetimadsızlığı daha da artırır.
Azərbaycan və Avropa İttifaqı arasında gərginləşən münasibətlər,bir çox cəhətdən, Aİ-nin regional siyasətindəki qərəzli yanaşmanınnəticəsidir. Brüsselin Ermənistanı açıq şəkildə dəstəkləməsi,müşahidə missiyaları vasitəsilə tərəf tutması və "Avropa SülhFondu" kimi mexanizmlərdən istifadə edərək bölgədə hərbi balansıdəyişməyə çalışması Azərbaycan üçün sadəcə qəbulolunmaz deyil, həmdə milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.
Avropa İttifaqının Ermənistanı dəstəkləmək üçün "Avropa SülhFondu"ndan istifadə etməsi regiondakı balansı ciddi şəkildə pozub.Bu fond adının əksinə olaraq, Ermənistanın hərbi infrastrukturunugücləndirmək və silah təchizatını genişləndirmək üçün maliyyəmənbəyi kimi istifadə edilir. Azərbaycan beynəlxalq platformalardadəfələrlə vurğulamışdır ki, belə addımlar nəinki sülh prosesinəzərbə vurur, həm də regionda yenidən gərginlik yaradaraq müharibəriskini artırır.
Bu siyasət, Azərbaycanın Avropa İttifaqına olan etimadınıtamamilə məhv edib. Əgər Brüssel Ermənistanın maraqlarını açıqşəkildə dəstəkləyərək özünü tərəf kimi təqdim edirsə, Azərbaycan dabuna adekvat reaksiya verməli idi və verdi.
Avropa İttifaqının maliyyələşdirdiyi qrant proqramlarıAzərbaycanda xüsusi narazılıq doğuran məqamlardan biridir."National Endowment for Democracy" (NED) və "European Endowment forDemocracy" (EED) kimi təşkilatlar vasitəsilə həyata keçirilənlayihələr, əslində, demokratik dəyərlərin təbliği adı altındaAzərbaycanın daxili işlərinə müdaxilə məqsədi güdür.
Sözügedən proqramlar Azərbaycanda dövlətçiliyə qarşı yönəlmişmövqeləri gücləndirməyə, gənclər arasında anti-dövlət ideyalarınıyaymağa və daxili sabitliyi pozmağa yönəlmişdi. Azərbaycan hökumətiisə bu cəhdlərə qarşı sərt tədbirlər görüb. Belə ki, təhsil vəmədəniyyət sahəsində Avropa ilə əməkdaşlıq çərçivəsində həyatakeçirilən "tvinninq" proqramlarından imtina edilib, qanunsuzmaliyyə kanalları bağlanmış, xaricdən gələn təsirlərin qarşısıalınıb və bu, Brüsselə Azərbaycanın milli maraqlarını qorumağahazır olduğunu göstərən güclü siqnala çevrilib.
Brüsselin qərəzli yanaşması fonunda Azərbaycan alternativtərəfdaşlarla əməkdaşlığı genişləndirir. Ankara və Moskva iləstrateji əlaqələr daha da möhkəmləndirilir, Pekinlə enerji vəticarət sahəsində əlaqələr gücləndirilir. Bu yanaşma Azərbaycanınregionda mühim enerji və nəqliyyat mərkəzi kimi mövqeyini daha dasəbatlı edir.
Bakı öz maraqlarını təmin etmək üçün çoxvektorlu siyasətyürüdərək, Avropanın regional təsirinə alternativ yaradır.
Avropa İttifaqı Azərbaycanın suverenliyinə hörmət etmədən vəneytrallığını bərpa etmədən regionda təsirini bərpa edə bilməyəcək.Azərbaycan isə açıq şəkildə bəyan edir ki, öz maraqlarını prioritethesab edir və yalnız bərabərhüquqlu münasibətlərə əsaslananəməkdaşlığı qəbul edəcək.
Bu gün Brüssel seçim qarşısındadır: ya tərəf tutmaq siyasətindənəl çəkərək ədalətli vasitəçi olmağı seçməli, ya da Azərbaycanınetimadını tamamilə itirib, regionda təsir imkanlarını digər güclərəburaxmalıdır. Vaxt isə getdikcə azalır. Azərbaycanın tərəfdaşlarıdəyişməyə hazırdır və bu tərəfdaşlar Azərbaycanın suverenliyinəhörmətlə yanaşan oyunçulardır. Brüssel isə bu dəyişikliklərəgecikmiş reaksiya verəcəyi halda, öz geosiyasi mövqeyini geridönülməz şəkildə itirəcəkdir.
... Cənubi Qafqaz hər zaman strateji əhəmiyyətəmalik olub. Xüsusən də, enerji və nəqliyyat sahəsindəki potensialıbu regionu qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevirib.Avropa İttifaqının Azərbaycanla münasibətlərindəki gərginlik,Brüsselin regiondakı maraqlarını ciddi təhlükə altına qoyub. Buvəziyyətin kökündə, Aİ-nin öz siyasi səhvləri və Azərbaycanqarşısında etimadı itirməsi dayanır.
Azərbaycan artıq illərdir ki, Avropanın ən etibarlı enerjitərəfdaşı kimi tanınır. 2022-ci ildə imzalanmış enerji razılaşmasıəsasında 2023-cü ildə Avropaya 12,5 milyard kubmetr təbii qaz ixracolunub. Bu həcmin 2027-ci ilə qədər 20 milyard kubmetrəçatdırılması planlaşdırılsa da, əməkdaşlığın genişlənməsi üçünAvropa İttifaqının yaratdığı siyasi baryerləri aradan qaldırmaqlazımdır. Bakı Brüsselin yalnız iqtisadi maraqlarla deyil,suverenliyə və milli maraqlara hörmət əsasında əməkdaşlıqquracağını gözləyir.
Eyni dərəcədə vacib olan "Orta Dəhliz" layihəsidir. Bu dəhlizAvropanı Asiya ilə Azərbaycan üzərindən birləşdirən mühüm nəqliyyatmarşrutudur. Onun həyata keçirilməsi Azərbaycanın coğrafi vəstrateji əhəmiyyətini artırır. Fəqət Brüsselin Ermənistanıdəstəkləməsi və Azərbaycanla münasibətlərdə etibarı sarsıtması bulayihənin gələcəyini də təhlükə altına almışdır.
Brüssel diplomatik neytrallığını itirərək açıq-aşkar Ermənistanıdəstəkləməklə regional balansı pozur. Avropa Sülh Fondu vasitəsiləErmənistanın hərbi ehtiyaclarının maliyyələşdirilməsi, pro-erməniritorikası və Azərbaycanın milli maraqlarını gözardı edən yanaşma,Aİ-ni Bakının gözündə etibarsız tərəfdaşa çevirib.
Azərbaycanın enerji və tranzit potensialından faydalanmaqistəyən Avropa İttifaqı, ilk növbədə, öz siyasətini yenidənnəzərdən keçirməlidir. Bunun üçün birtərəfli qərarlardanimtina edilməli və Azərbaycanla bərabərhüquqlu əməkdaşlıqqurulmalı, Azərbaycanın strateji roluna hörmətgöstərilməli, enerji və nəqliyyat sahəsində Bakı iləqarşılıqlı faydalı əməkdaşlıq genişləndirilməli, ortaqlayihələrə sərmayə qoyulmalı və regionun təhlükəsizliyinə töhfəverən layihələr həyata keçirilməlidir.
Avropa İttifaqı Cənubi Qafqazda təsirini saxlamaq istəyirsə,siyasətindəki ikili standartlardan imtina etməlidir. Əks halda,Bakı öz geosiyasi prioritetlərini Avropadan uzaq alternativtərəfdaşlar üzərində qurmağa davam edəcək.
Azərbaycan artıq suverenliyinə və milli maraqlarına hörmət edənoyunçularla əməkdaşlıq edir. Brüssel isə vaxtında düzgün qərarqəbul etməsə, Cənubi Qafqazda həm təsir gücünü, həm də stratejilayihələrdə iştirak imkanını itirə bilər. Avropa özünü ədalətli vəetibarlı tərəfdaş kimi sübut etmək məcburiyyətindədir, çünki yalnızbu halda regionda qalıcı mövqeyini qoruyub saxlaya bilər.
Cənubi Qafqaz kimi mürəkkəb və strateji bir bölgədə uğurlusiyasət yalnız neytrallıq, bərabərhüquqlu münasibətlər vətərəflərin maraqlarına hörmət əsasında mümkündür. Lakin Avropaİttifaqının Azərbaycanla münasibətlərindəki qərəzli yanaşma buprinsipləri pozmuş və regional təsir imkanlarını təhlükə altınaalıb. Brüsselin açıq şəkildə Ermənistanı dəstəkləyən siyasəti,birtərəfli qərarlar və müşahidə missiyalarının uzadılması kimiaddımlar Azərbaycanın milli maraqlarını və suverenliyini gözardıedib.
Azərbaycan üçün neytrallıq yalnız diplomatik tələb deyil,istənilən dialoq üçün əsas şərtdir. Brüsselin birtərəfli qərarları,xüsusən də müşahidə missiyalarının Azərbaycanın iştirakı olmadanuzadılması, Bakı üçün diplomatik hörmətsizlik nümunəsi idi. Bu,Avropa İttifaqının daha çox Ermənistanın maraqlarını müdafiəetdiyini göstərir və regiondakı sabitliyi təmin etmək əvəzinəgərginliyi artırır.
Brüssel diplomatik tərəfdaşlıqdan çox, regional güclərə təsirgöstərmək niyyətində olduğunu nümayiş etdirir. Lakin belə biryanaşma yalnız Avropa İttifaqının Cənubi Qafqazdakı rolunuzəiflədir və Bakını daha etibarlı tərəfdaşlarla əməkdaşlıq etməyəməcbur edir.
Avropa İttifaqı Mərkəzi Asiya ilə iqtisadi əlaqələrigenişləndirmək və "Transxəzər Dəhlizi" kimi strateji marşrutlarıinkişaf etdirmək istəyir. Halbuki Azərbaycanın iştirakı olmadan buplanlar qeyri-mümkündür. Bakı artıq Avropa üçün vacib enerjitərəfdaşına çevrilib. 2023-cü ildə Avropaya 12,5 milyard kubmetrqaz ixrac edən Azərbaycan, 2027-ci ilə qədər bu həcmi 20 milyardkubmetrə çatdırmağı planlaşdırır.
Bu əməkdaşlıq, yalnız Avropa İttifaqının siyasi baryerləriaradan qaldırdığı və Azərbaycanla bərabərhüquqlu münasibət qurduğuhalda mümkün olacaq.
Avropa İttifaqı Cənubi Qafqazda təsir imkanlarını itirməktəhlükəsi ilə üz-üzədir. Bakı dəfələrlə bəyan etmişdir ki,əməkdaşlıq yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət əsasındamümkündür. Brüssel, bölgədəki mövqeyini qorumaq istəyirsə,provokativ siyasətini dəyişməli və real addımlarla etimadı bərpaetməlidir.
Əks halda, Avropa İttifaqı geosiyasi proseslərin kənarındaqalacaq, regiondakı boşluqları isə daha uzaqgörən və etibarlıtərəfdaşlar dolduracaqdır. Azərbaycanın prinsipial mövqeyibəllidir: suverenliyə hörmət, bərabərhüquqlu dialoq və qarşılıqlıfayda əsasında əməkdaşlıq. Brüssel bunu başa düşmədikcə, onunregiondakı təsir gücü yalnız azalmağa davam edəcəkdir.
Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin gələcəyibirbaşa Brüsselin atacağı addımlardan asılıdır. Bakı açıq şəkildəbildirir ki, əməkdaşlığın inkişafı üçün bütün məsuliyyət Avropaİttifaqının üzərindədir. Əgər Avropa liderləri keçmiş səhvlərdəndərs çıxararaq pro-erməni siyasətindən imtina etsə vəbərabərhüquqlu dialoqa başlasa, tərəflər arasında münasibətlərkonstruktiv səviyyəyə yüksələ bilər.
Əks halda, Azərbaycan Avropa İttifaqına olan etimadını tamamiləitirəcək və regionda təsir dairəsini genişləndirmək istəyən digərgüclərə üz tutacaq.
Avropa İttifaqı üçün Azərbaycanla mövcud böhran təkcə keçmişsəhvlərin nəticəsi deyil, həm də onları düzəltmək üçün birfürsətdir. Bakı suverenliyə və milli maraqlara hörmət əsasındaaydın və realist yanaşma təklif edir. Bu yanaşma, yalnız qarşılıqlıfaydalı əməkdaşlıq deyil, həm də itirilmiş etimadın bərpası üçünəsasdır.
Brüssel bu dəyişikliklərə və bərabərhüquqlu dialoqa hazırdırmı?Yoxsa ikili standartlarla siyasət aparmağa davam edərək CənubiQafqazdakı təsirini tamamilə itirəcək?
Azərbaycan dəfələrlə nümayiş etdirib ki, milli maraqlarınahörmət edən tərəfdaşlara açıqdır və bu, Avropa İttifaqına birbaşamesajdır. Əgər Brüssel Azərbaycanla münasibətləri bərpa etməkistəyirsə, konkret addımlar atmalı və etimadı hərəkətləri ilə sübutetməlidir. Əks halda, Avropa İttifaqı üçün Cənubi Qafqazdakıimkanlar tükənəcək, Bakı isə öz geosiyasi kursunu daha etibarlı vəuzaqgörən oyunçulara yönəldəcək.
Brüssel üçün vaxt daralır, seçim isə aydındır: ya bərabərhüquqlutərəfdaşlıq, ya da regiondakı təsirini tamamilə itirmək.Azərbaycanın gələcəyi Avropa ilə dialoqdan asılı deyil, lakinAvropanın Cənubi Qafqazdakı gələcəyi Bakının etimadını qazanmaqdanbirbaşa asılıdır.
Avropa İttifaqının Azərbaycanla münasibətlər tarixçəsi etimadınnecə asanlıqla məhv edilə biləcəyinə dair dərsdir. Brüssel özsiyasətini dəyişməzsə, nəinki Azərbaycanla münasibətləriniitirəcək, həm də Cənubi Qafqazda təsir imkanlarından məhrum olacaq.Bu, təkcə nüfuz məsələsi deyil, həm də Avropa İttifaqının qlobaloyunçu kimi etibarlılığını təsdiqləmək qabiliyyətidir.Bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanansiyasət aparmadan Avropa İttifaqının bu regionda davamlı nüfuzqazanması mümkün deyil.
Bu gün Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində yaşananböhrandan nəticə çıxararaq müstəqil siyasət yürüdür. Bu siyasətyalnız regional maraqlara xidmət etmir, həm də beynəlxalq arenadaAzərbaycanın artan gücünü və öz maraqlarını qətiyyətlə müdafiəetmək bacarığını nümayiş etdirir. Avropa isə, əgər öz səhvlərindəndərs almazsa, regionda həm etimadını, həm də təsirini birdəfəlikitirə bilər.