AZ

Alim: Karbon qazı qlobal istiləşmənin səbəbi deyil, nəticəsidir

Yer atmosferində karbon qazının konsentrasiyasının artması dünya okeanının istiləşməsinin səbəbi deyil, nəticəsi ola bilər...

Poliqon xəbər verir ki, bunu İrkutsk Dövlət Universitetinin Astronomiya Rəsədxanasının direktoru, Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev İzvestiya qəzetinə müsahibəsində deyib.

"İstiləşmə buxarlanmanın artmasına və nəticədə atmosferdə buludluluğun artmasına səbəb olur. Eyni zamanda, buludlar günəş radiasiyasının yerə çatmasına imkan vermir, onu yenidən kosmosa əks etdirir", deyə alim qeyd edib.

Alim bildirib ki, davam edən bu özünü tənzimləyən sistemin temperaturun, buxarlanmanın bə buludların miqdarının azalmasına səbəb olur. O, bu baxımdan planetin atmosferində karbon qazının konsentrasiyasının artmasının səbəb deyil, daha çox okeanların istiləşməsinin nəticəsi ola biləcəyini vurğulayıb.

Dekabrın 16-da bildirilib ki, Vaterlou Universitetinin tədqiqatçıları ilk dəfə olaraq atmosferdə flüorokarbon HFC-125-in konsentrasiyasını ölçmək üçün peyklərdən istifadə ediblər. Məlumatlar göstərib ki, son 20 ildə qazın səviyyəsi təxminən on dəfə artıb.

Hidrofluorokarbon qrupunun üzvü olan HFC-125 yanğınsöndürənlər və kommersiya soyuducu sistemlərində geniş istifadə olunur. HFC-lər ozon təbəqəsini məhv etməsə də, qlobal istiləşməni əhəmiyyətli dərəcədə artırır.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr