AZ

Tramp Kaliforniya qubernatorunu istefa verməyə çağırdı

Hurriyyet.az xəbər verir ki, ABŞ-da keçirilən son prezident seçkilərinin qalibi Donald Tramp Kaliforniya ərazisindəki güclü yanğınlar fonunda ştatın qubernatoru Qevin Nyusonu istefa verməyə çağırıb.

Tramp sahibi olduğu "Truth Social" sosial şəbəkəsində ABŞ-ın ən yaxşı və ən gözəl rayonlarının külə çevrildiyini yazıb: "Bu yerlər kül olub, Qevin də istefa verməlidir. Bütün bunlar onun günahıdır!"

Bundan əvvəl isə Tramp xələfi Co Baydeni Kaliforniyadakı təbii yanğınlara qarşı tədbir tökmədiyi üçün tənqid edib. Onun sözlərinə görə, Kaliforniyada baş verənlər Baydenin "kobud səriştəsizliyinin və səhv idarəçiliyinin" simvoludur.

Hürr Tərcüman

Seçilən
12
hurriyyet.az

1Mənbələr