AZ

Azərbaycanın xarici siyasəti yeni mərhələyə keçməlidir- ÖZƏL

"Azərbaycana qarşı Rusiya və İranın təhdidləri fonunda prezident İlham Əliyev yerli telekanallara  müsahibəsində ciddi mesajlar verdi. Azərbaycan İran və Rusiya ilə münasibətləri normal saxlamağa çalışıb. Amma, regional siyasi dəyişikliklər Tehran və Moskvanın dözümsüzlüyünü ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "Hər iki qonşu ölkə Azərbaycana qarşı açıq təhdid siyasətinə keçdilər. Daima Azərbaycana qarşı Rusiya və İranın problem qonsu ölkələr olduğunun fərqindəyik. Azərbaycanın Türkiyə ilə müttəfiqliyi hər iki ölkədə narahatlıq yaradır. Azərbaycan Türkiyə ilə sıx siyasi əlaqələri kordinasiyalı etməli, ABŞ-la da strateji tərəfdaşlıq istiqamətində yanvardan sonra danışıqlar aparmalıdır. 
Azərbaycanın xarici siyasəti yeni mərhələyə keçməlidir. 30 il ərzində balans  və  manevr siyasəti  indiki siyasi çağırışlara cavab vermir. Çünki, yeni siyasi nizam qurulur və balans siyasəti Moskva və Tehranın siyasətinin  neytrallaşdırılmasi istiqamətində yeni strategiya qurulmalıdır. Türkiyə prezidenti R. T. Ərdoğanın prezident İlham Əliyevə Tehran və Moskva arasında yaşanan siyasi böhran fonunda zəngi Ankaranın siyasi dəstəyi deməkdir və   iki qonşu ölkəyə mesajıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
50
olaylar.az

10Mənbələr