AZ

Qarabağ və Şərqi Zəngəzura qayıdış: Bərpa və yenidənqurmada Azərbaycan nümunəsi – ŞƏRH

Bakı. Trend:

Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmişərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, Böyük QayıdışProqramının uğurla icrasının davam etdirilməsi və keçmiş məcburiköçkünlərin doğma-yurd yuvalarına qayıdışıdır. Ölkəmiz üçünprioritet olan bu məsələ 2025-ci ilin dövlət büdcəsində də özəksini tapıb. Bu ilin büdcəsində bərpa-quruculuq işlərinə 4 milyardmanat vəsait ayrılıb. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ciil də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərin miqyasıhazırda sakinlərinə qovuşan ərazilərimizin say tərkibində özününaydın ifadəsini tapır. Ötən il Laçın və Füzuli şəhərlərininsırasına Şuşa, Xocalı və Cəbrayıl da daxil oldu.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın əsas hədəfi “BöyükQayıdış” Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır:

“Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad olunmuşərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinəetdi. Suverenliyimizin tam bərpasından sonra Xocalı şəhərində qısamüddətdə görülən işlər xocalılıların 28 May-Müstəqillik Günündədoğma yurd-yuvalarına qayıdışına zəmin yaratdı. Həmin gün “BöyükQayıdış” Proqramının Xocalı səhifəsi yazıldı. Azərbaycanın əsashədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başaçatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır.Artıq işğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı 34 minnəfərə çatıb. Prezident İlham Əliyevin və Birinci xanım MehribanƏliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin hər biribərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsinə,Böyük Qayıdışın tam şəkildə başa çatmasına yönələn addımlarladiqqətdə olur”.

Deputat Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziyakanallarına müsahibəsində çıxışını xatırladaraq bildirib ki, bu ilüçün daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburiköçkünlərin qaytarılması qarşıya məqsəd qoyulub. Dövlət başçısıİlham Əliyevin bildirdiyi kimi, o şəhər və kəndlərin adları artıqseçilib, layihələr icra edilir:

“Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və builin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlərməskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki,bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir.Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları,su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrikstansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütünbunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsasinfrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayışfondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyükolacaq”.

Vüqar Rəhimzadə xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzurdakıbütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur, bu, birnümunə olacaq.

“Biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan vədağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə vəbu keyfiyyətlə bərpa etməyib. Əzəli və əbədi sahibinə qovuşmuştorpaqlarımızda müasir infrastrukturun, yaşayış komplekslərin,sosial obyektlərin inşası, tarixi və dini abidələrin bərpası,həmçinin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinəxidmət edən addımların atılması görülən işlərin əsasında dayanır.Bu gün qürurla deyirik ki, abadlaşan Qarabağ və Şərqi Zəngəzuraüzüağ, alnıaçıq, qalib ölkənin qalib vətəndaşları kimi qayıdırıq.Bu qayıdış dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyatakeçirilən uğurlu siyasətin, böyük səylərin, qətiyyətin nəticəsidir.Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Başplan əsasında qurulur. Bu gün böyük tikinti meydanını xatırladanQarabağ və Şərqi Zəngəzur müasir infrastruktur, yaşayış yerləri, işyerləri ilə dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.”, -millət vəkili qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isəTrend-əaçıqlamasında bildirib ki, "yaşıl enerji" üçün də lazım olan bütünaddımlar atılır:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilənərazilərdə böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Buistiqamətdə davamlı olaraq addımlar atılır. Baş plan var və bunaəsasən işlər icra edilir. Artıq əskər rayonlarda məskunlaşma var.Elektrik və nəqliyyat infrastrukturu ən yüksək səviyyədə yaradılır.Dövlət bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yerinəyetirir və işləri görür. Şuşada, Cəbrayılda, Zəngilanda - müxtəlifyerlərdə insanların məskunlaşdığını görürük. Bütün bu işlər ənyüksək səviyyədə, müasir şəkildə və qaydada həyata keçirilir”.

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu bütünhədəf və məqsədlərə mərhələli şəkildə nail olur.

“Ən önəmli məsələlərdən biri bütün bu işləri Azərbaycanın özhesabına, heç bir yardım və dəstək olmadan yerinə yetirməsidir. Ənqısa vaxtda məskunlaşmanın yekunlaşacağını görəcəyik. Torpaqlarişğaldan azad olunanda çoxları proqnozlaşdırırdı ki, məskunlaşmaillərlə vaxt çəkəcək, amma son hadisələr göstərdi ki, bu belədeyil. Bir neçə hava limanı, sənaye parklarının salınması böyükgöstəricidir”, - deyə deputat vurğulayıb.

Seçilən
21
1
az.trend.az

2Mənbələr