AZ

"Mançester Yunayted"in müdafiəçisi 56 günlük qadağa ilə üzləşdi - SƏBƏB

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr qalmaqalla diqqət çəkib.

Fanat.Az xəbər verir ki, o, yol hərəkəti qaydalarını pozarkən yaxalanıb.

Futbolçunun sürət həddini aşması kameralar tərəfindən qeydə alınıb. Maquayrın sürücülük vəsiqəsi 56 gün müddətinə bloklanıb və o, 666 funt-sterlinq cərimə edilib. Bundan əlavə, Maquayr 120 funt-sterlinq məhkəmə xərclərini və 266 funt-sterlinq rüsum ödəməlidir.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 oyun keçirib.

Mirağa

Seçilən
13
fanat.az

1Mənbələr