Cənubi Koreyanın 2024-cü ili ən isti il olaraq təyin edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Koreya Meteorologiya İdarəsi (KMA) açıqlama verib.
Ölkədə illik orta temperaturun 14,5 dərəcə selsiyə çatdığı bildirilib.
Cənubi Koreyada 2024-cü ildə ölçülən illik orta temperaturun 14,5 dərəcəyə çataraq 2023-cü ildəki 13,7 dərəcə rekordunu geridə qoyduğu deyilib.
Qeyd edək ki, açıqlamada artıma səbəb kimi dəniz səthinin temperaturunun yüksəlməsi göstərilib.
Oksana