Bakı. Trend:
Qərbi azərbaycanlıların öz dogma torpaqlarına qayıdışı onlarınqaçılmaz hüququdur və beynəlxalq birlik bu məsələyə biganəqalmamalıdır.
Prezident İlham Əliyevin apardığı siyasətin prioritet ideolojixətlərindən biri olmaqla Qərbi Azərbaycan məsələsi bugün beynəlxalqgündəlikdə daha çox aktuallıq qazanır.
Azərbaycan bu məsələdə tarixi tədqiqatlar, hüquqiəsaslandırmalar, beynəlxalq təşəbbüslər və diplomatik təzyiq kimiçox komponentli yanaşma tətbiq edir. Belə kompleks yanaşma ideolojixəttin davamlılığını təmin etməklə yanaşı, Azərbaycanın haqlıtələblərinin beynəlxalq səviyyədə tanınmasını gücləndirir. Keçmişdəbaş verənlərin dərindən təhlili və elmi bazanın formalaşdırılmasıdeportasiyaya və etnik təmizləməyə məruz qalmış yüz minlərlə qərbiazərbaycanlıların hüquqlarının müdafiəsinə yönəlmiş gələcəkfəaliyyətlər üçün zəmin yaradır.
Problemin həllində ən mühim addımlardan biri Qərbi Azərbaycandanolanların ictimai təşkilatlarının vahid Qərbi Azərbaycan İcmasıaltında birləşdirilməsi oldu.
Sözügedən addım həm təşkilati, həm də siyasi baxımdan böyükəhəmiyyət kəsb edir. Eyni zamanda, yeni struktur səylərintəmərküzləşməsinə, fəaliyyətlərin əlaqələndirilməsinə və probleminhəlli üçün sistemli yanaşma tətbiqinə şərait yaradılıb.
İcma yalnız daxili konsolidasiyanı həyata keçirməkləkifayətlənməyib, eyni zamanda Qərbi Azərbaycan məsələsinibeynəlxalq gündəmə çıxarmaq üçün fəal iş aparır. Bu, beynəlxalqtəşkilatların, insan hüquqlarının müdafiəsi və təminatıqurumlarının, xarici hökumətlərin və geniş ictimaiyyətin diqqətinicəlb etmək məqsədi daşıyır. Artıq hər keçən gün bu məsələnin yalnızmilli faciə deyil, həm də insan hüquqlarının müdafiəsi baxımındanbeynəlxalq çağırış olduğu anlayışı daha da güclənir. Azərbaycanaçıq şəkildə bəyan edir: qərbi azərbaycanlıların öz doğma, tarixitorpaqlarına qayıdışının təmin olunması onların fundamentalhüququdur və qaçılmaz prosesdir.
Bu hüquq müzakirə mövzusu ola bilməz, çünki o, Ümumdünya İnsanHüquqları Bəyannaməsi, Qaçqınların Statusu haqqında Konvensiya vədigər beynəlxalq hüquqi sənədlərdə dəqiq təsbit olunub.
Azərbaycan hazırda Ermənistandan beynəlxalq hüquq normalarınauyğun aydın, konkret, məntiqi və şəffaf mövqe gözləyir. BakıErmənistan rəhbərliyindən soydaşlarımızın tarixi torpaqlarınaqayıdış hüququnun tanınması, Qərbi Azərbaycana dönəcək şəxslər üçüntəhlükəsizlik təminatlarının verilməsi, infrastrukturun bərpası vəqayıdışın gerçəkləşəcəyi ərazilərdə normal həyat üçün şəraitinyaradılması kimi konkret addımların atılmasını tələb edir.
Qərbi Azərbaycanda soydaşlarımızın deportasiyaya və etniktəmizlənməyə məruz qalmazdan öncə yaşadıqları kəndlərin taməksəriyyəti tamamilə boşdur. Vaxtilə çiçəklənən bu torpaqlar indiviranə qalaraq cansız ərazilərə çevrilib. Həmin torpaqlar öz qanunisakinlərindən məhrum edilib, infrastrukturu məhv olunub, inkişafpotensialı isə tamamilə itirilib. Ermənistan bu ərazilərin taleyibarədə danışmaqdan şüurlu şəkildə yayınaraq, oradaazərbaycanlıların mövcudluğu haqqında xatirələri silməyə, tarixifaktları yox etməyə, abidələri və izləri büsbütün məhv etməyəçalışır. Amma reallığı danmaq mümkün deyil: həmin torpaqlarzorakılıq və etnik təmizləmə təhdidi ilə oradan çıxarılmışazərbaycanlılara məxsusdur.
Azərbaycan xalqı və hakimiyyəti Ermənistanın baş nazirini QərbiAzərbaycan İcmasının nümayəndələri ilə birbaşa dialoqa çağırır. Buaddım Avropa standartlarına uyğun hərəkət etdiyini iddia edən birölkə üçün məntiqli olardı.
Ermənistanın belə dialoqdan imtinası demokratiyanın və insanhüquqlarının əsas prinsiplərinin birbaşa pozulması demək olacaq.Əgər İrəvan hüquqları pozulmuş insanları dinləməyə hazır deyilsə,erməni cəmiyyətində hansı demokratiyadan söhbət gedə bilər? Belədavranış Ermənistanın usanmadan bəyan etdiyi, amma erməni reallığıilə çox az əlaqəsi olan dəyərlərə tamamilə ziddir və ikilistandartların bariz təzahürüdür.
Bundan başqa, qərbi azərbaycanlıların problemi yalnızAzərbaycan-Ermənistan münasibətləri çərçivəsində olan məsələ yox -ATƏT, Avropa Komissiyası, Avropa Şurası kimi qurumların aydın mövqetələb etdiyi beynəlxalq bir problemdir. Bu məsələdə beynəlxalqictimaiyyətin susqunluğu qəbuledilməzdir. Söhbət etnik təmizləmə vədeportasiya nəticəsində zərər çəkmiş yüz minlərlə insanınhüquqlarının bərpasından gedir. Beynəlxalq təşkilatlar bu probleminhəllinə mütləq şəkildə töhfə verməli, Ermənistana tələblər irəlisürməli və Azərbaycanın haqlı tələblərini dəstəkləməlidirlər.
Qərbi azərbaycanlılar problemi insan hüquqlarının müdafiəsibaxımından beynəlxalq sistem üçün bir çağırışdır. Azərbaycan bütünölkələrə və beynəlxalq strukturlara müraciət edərək, öztorpaqlarından məhrum edilmiş insanların hüquqlarını müdafiə etməyəçağırır.
Ədalət sadəcə şüar deyil, beynəlxalq münasibətlərin təməlprinsipidir. Yalnız birgə səylərlə qaçqınların hüquqlarını bərpaetmək və gələcəkdə belə faciələrin qarşısını almaq mümkündür. Qərbiazərbaycanlılar təkcə öz torpaqlarına qayıtmaq hüququna deyil,həmin torpaqlarda ləyaqətli bir həyata da layiqdirlər.
Beynəlxalq ictimaiyyət bu ədalətli çağırışı dəstəkləməli vəhəmrəylik nümayiş etdirməlidir.
Sevil Mikayılova,
Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti,
Milli Məclisin deputatı