ABŞ-ın “Lockheed Martin” şirkəti 2024-cü ildə sifarişçilərə 110 ədəd F-35 qırıcısı təhvil verib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bununla da indiyə kimi istehsal edilərək müştərilərə çatdırılan F-35-lərin sayı 1100 ədədi ötüb.
Qeyd olunub ki, F-35 qırıcıları ümumilikdə 957 min uçuş saatını (2024-cü ildə 184 min) geridə qoyub.