AZ

Dövlət Xidməti “Avropa Qapıları” şirkətinə qarşı tədbir görüb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

Marja.az Xidmətə istinadən xəbər verir ki,  inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də “Avropa Qapıları” MMC-dir.

İnzibati xətanın mahiyyəti - alınan məhsulda istehsal qüsuru olmasına baxmayaraq, məhsul dəyişdirilməmiş və ya qaytarılmamışdır.

Qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və İnzibati Xətalar Məcəlləsinin 444.2 maddəsi (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydaları) pozulub. 

Seçilən
16
marja.az

1Mənbələr