Amerikalı milyarder və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasi şəriki kimi çıxış edən İlon Mask öz ətrafı ilə Böyük Britaniyanın baş naziri Key Ştramerin tutduğu vəzifədən uzaqlaşdırılması imkanını müzakirə edib...
Poliqon xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat yayıb. Qəzetin fikrincə, leyboristlər hökumətində sabitliyinin pozulması, Britaniyada 2029-cu ilə təyin olunan növbəti seçkilərə qədər baş verməlidir.
İlon Maska yaxın mənbələr milyarderin baş naziri dəyişikliyə məcbur etmək üçün alternativ Britaniya siyasi hərəkatlarından dəstək almağın mümkün olub-olmaması ilə bağlı məlumat axtardığını açıqlayıb. Onların arasında Böyük Britaniyanın sağçı populist “İslahat” Partiyası da var.
Qeyd edək ki, yanvarın əvvəlində Mask Böyük Britaniyanın “İslahat” Partiyasının yeni liderə ehtiyacı olduğunu söyləyib. Onun sözlərinə görə, partiyanın hazırkı lideri Naycel Fərəc siyasi lider üçün lazım olan keyfiyyətlərə malik deyil. Mənbələr bildirir ki, İlon Mask Fərəcin yerinə mümkün namizədləri axtarır.
FT qeyd edir ki, son aylarda amerikalı milyarder dəfələrlə Britaniya siyasətinə maraq göstərib və Kir Stramer hökumətini kəskin tənqid edib. Xüsusilə, keçən həftə o, Böyük Britaniyanın bir neçə şəhərində cinayətkar dəstələr tərəfindən törədilən cinsi zorakılıq hallarının araşdırılmasına çağırıb. İlon Mask Kira Strameri kütləvi zorlamanın ortağı adlandırıb.
Poliqon.info