AZ

"Erkən yaşdan olan uşaqlar təhsildən kənarda qalmamalıdır" - QHT sədri

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a verdiyi özəl açıqlamada erkən yaşdan olan uşaqların təhsildən kənarda qalmaması üçün kompleks yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb. O bildirib:

"Problemin həllinə bir neçə istiqamətdən yanaşaraq onun həllinə töhfə vermək və bu həllə nail olmaq lazımdır. Ən yaralı yerimiz təhsilin əlçatan olmasıdır. Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa əsasən, bütün uşaqların doqquzuncu sinfə qədər icbari təhsilə cəlb olunması təmin edilir. Lakin təhsil pulsuz olsa da, ailələr uşaqlarını təmin etmək üçün müəyyən maliyyə vəsaitinə ehtiyac duyurlar. Bu, məktəbli ləvazimatları, geyimləri və ya regionlarda təhsil müəssisələrinə nəqliyyat xərcləri ilə bağlıdır. Təhsilin hamı üçün əlçatan olması vacibdir və buna uyğun şərait yaradılmalıdır."

Kəmalə Aşumova təhsilin əlçatanlığı ilə bağlı dövlətin gördüyü tədbirlərlə yanaşı, ailələrin ehtiyaclarının da nəzərə alınmasını təklif edib. O, xüsusilə regionlarda yaşayan ailələr üçün əlavə dəstək mexanizmlərinin yaradılmasının zəruriliyini qeyd edib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
12
qht.az

1Mənbələr