AZ

Pentaqon rəhbərinin dəyişməsi Kiyevin silahlanmasına təsir edəcək - "Politico"

Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.

Məqalə müəllifi xatırladıb ki, Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə yardım göstərmək üçün müttəfiqləri ilə son görüşünə gedib. O, Almaniyadadır.

Pentaqon Kiyevi 2027-ci ilə qədər silahlandırmağa hazırlaşır
"Qrup növbəti dəfə görüşəndə ​isə ​hər şey tamamilə fərqli görünəcək. Əlbəttə sual yaranır ki, onlar bundan sonra ümumiyyətlə görüşəcəklərmi?".- müəllif yazıb.

Məqalədə o da vurğulanıb ki, Ostin bu ay Pentaqonu tərk edəndə qrup ən başlıca "çirlider"ini və təşkilat qurucusunu itirəcək: "Başqa heç bir ölkə də Ostindən sonra qrupda "baş rolu" ələ almağı təklif etməyib".

Qeyd edək ki, koalisiyanın Ukrayna üzrə 25-ci iclasıyanvarın 9-na planlaşdırılıb. Bu, Pentaqonun hazırkı rəhbəri Lloyd Ostin üçün sonuncu iclas olacaq. Mühüm tədbirdə Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edəcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az







Seçilən
10
2
azvision.az

3Mənbələr