Bakı. Trend:
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziyakanallarına müsahibəsini qürurla izlədik. Çünki Prezident İlhamƏliyev jurnalistlərin suallarını cavablandırdıqca, hər bir məsələüzrə təhlillər apardıqca, həm də respublikamızın inkişafının vəuğurlarımızın təqdimatını etdi. Bu müsahibənin fonunda bir dahagöründü ki, müstəqil siyasət həyata keçirən Azərbaycan özmaraqlarını qətiyyətlə qoruyan və söz sahibi olan bir dövlətsəviyyəsinə yüksəlib.
Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən yerliteleviziyalara bu formatda müsahibələrin verilməsi artıq birmüddətdir ki, gözəl ənənəyə çevrilib. Belə müsahibələrdə həmrespublikamızda geridə qalan il ərzində cərəyan edən aktualsiyasi-ictimai və iqtisadi proseslərə, hər bir sahə üzrə ilinyekunlarına və əldə olunan nailiyyətlərə nəzər salınır, həm dəqarşıda dayanan vəzifələr diqqətə çatdırılır.
Müsahibədə diqqətimizi ilk növbədə cəlb edən bu oldu ki,Prezident İlham Əliyev verilən sualları cavablandıranda fikirləriniolduqca yüksək məntiqi ardıcıllıqla diqqətə çatdırdı, hər birprosesi, hər bir məsələni son dərəcə dərin siyasi peşəkarlıqlatəhlil etdi. Bütün bunlar bir daha Prezident İlham Əliyevinsiyasi-diplomatik peşəkarlığından və yüksək liderlikkeyfiyyətlərindən xəbər verdi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cavablandırdığı ilksual da 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləribarədə oldu. Dövlət başçısının səsləndirdiyi statistikgöstəricilər, yəni 2024-cü ildə ümumi daxili məhsulun 4 faizdənçox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesininisə 7 faizdən çox artması, il ərzində valyuta ehtiyatlarımızıntəqribən 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatmasıolduqca mühüm iqtisadi nailiyyətlərdir. Bunlar təsdiq edir ki,Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kurs,reallaşdırılan iqtisadi islahatlar özünün effektiv nəticələriniverməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi bu, aparılaniqtisadi islahatların, şəffaflığın, inhisarçılığa qarşımübarizənin, iqtisadiyyata investisiyaların cəlb edilməsinin,investisiya iqliminin yaxşılaşdırılmasının nəticəsidir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin iqtisadi sfera ilə bağlıdiqqətə çatdırdığı məsələlər olduqca qürurvericidir. Məsələn,Azərbaycanın xarici borcu ümumi daxili məhsulumuzun cəmi 7.2faizini təşkil edir. Dünyada bu cür iqtisadi göstəriciyə malik olandövlət göstərmək çətindir. Hətta inkişaf etmiş ölkələrin çoxundabelə xarici borc xarici ÜDM-i üstələyir. O cümlədən adambaşınadüşən ehtiyatlara görə Azərbaycan dünyada aparıcı ölkələrinsırasında olması mühüm iqtisadi və sosial nailiyyətdir. Bütünbunlar respublikamızda qarşıda dayanan bütün vəzifələrin uğurlayerinə yetirilməsinə, respublikamızın öz hədəflərinə doğru inamlaaddımlamasına özünün müsbət təsirini göstərir.
Geridə qoyduğumuz 2024-cü il siyasi, habelə Azərbaycanın qlobalproseslərdə iştirakı baxımından da respublikamız üçün uğurlu oldu.Belə ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29, eləcə dədekabr ayında Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvolması mühüm siyasi və qlobal qələbələrimiz olmaqla yanaşı,respublikamızın beynəlxalq mövqelərini bir qədər də möhkəmləndirdi.Təsadüfi deyil ki, yerli televiziya kanallarına müsahibəsindəPrezident İlham Əliyev COP29-u ölkəmizin təqdimatı kimidəyərləndirdi:
“Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştiraketdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatıidi”.
D-8 isə müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilatdır.1996-cı ildə İstanbulda yaradılan təşkilata ötən ilin dekabrınaqədər Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir,Nigeriya və Pakistan daxil idi. Bu ölkələrin əhalisi bir milyarddançoxdur, iqtisadiyyatları isə dünyadakı 60-dan artıq müsəlmanölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edir. Yarandıqdansonra bu təşkilata əlavə üzv edilməyib. Azərbaycanın bu təşkilataüzv qəbul edilməsi isə Prezident İlham Əliyevin müsahibədə qeydetdiyi kimi ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdərolumuzu göstərir.
Vətən müharibəsinin və antiterror tədbirlərinin ardınca ötən ilQazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsimüasir tariximizin mühüm siyasi-hərbi uğurudur. Bu kəndlərin azadolunması göstərdi ki, Prezident İlham Əliyev Azərbaycan millimənafelərini qətiyyətlə təmin edir və bir qarış torpağımız dadüşmən tapdağında qala bilməz. Məlum olduğu kimi, Prezident İlhamƏliyev bu kəndlərin işğaldan azad edilməsi məsələsinə yerliteleviziya kanallarına ötən ilin yanvarında verdiyi müsahibədə dətoxunmuşdu və bildirmişdi ki, anklav olmayan 4 kənd qeyd-şərtsizazad edilməlidir. Artıq həmin kəndlər ötən ilin aprel ayındanetibarən işğaldan azad olunub və Prezident İlham Əliyevinmüsahibəsində dediyi kimi biz bu məsələdə ədalətə nail olduq,ərazilərimizi bərpa etdik.
Bu gün Azərbaycanın əsas niyyətlərindən biri regionda möhkəmsülhün təmin olunmasıdır. Ermənistan rəhbərliyi öz açıqlamalarındasülhə tərəfdar oldularını desə də, reallıq bunun əksini göstərir.Belə ki, Ermənistanın silahlanması onun məramının sülh olmadığınıortaya qoyur. Müsahibəsində bu məsələyə toxunan Prezident İlhamƏliyev çox düzgün olaraq qeyd etdi ki, Ermənistanın həm özü, həmonun yeni havadarları sülh istəmirlər. Eyni zamanda Müzəffər AliBaş Komandan, Prezident İlham Əliyev bir daha Ermənistanaxəbərdarlıq edərək dedi:
“Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçikimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhaldayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr okontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistanagöndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndikim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlarda bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biznəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddiyanaşırıq”.
Ermənistanda gedən silahlanma prosesi bütün Cənubi Qafqaz üçünyeni təhdidlər doğurur və Azərbaycan bunu sadəcə müşahidə etməkləkifayətlənməyəcək. Məlum olduğu kimi Ermənistan rəhbərliyininvaxtilə Prezident İlham Əliyevin xəbərdarlıqlarından nəticəçıxarmaması bu ölkəyə və onun vətəndaşlarına baha başa gəldi. Bumənada Ermənistan rəhbərliyi 44 günlük müharibəni və antiterrortədbirlərini göz önünə gətirməli, reallığı dərk edərək Prezidentİlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır.
Konkret olaraq Ermənistanla sülh sazişinin imzalanmasınagəldikdə isə Azərbaycanın bununla bağlı şərtləri dəyişməzdir. Buşərtlər Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minskqrupunun ləğv edilməsidir. Bunlarsız sülh sazişinin imzalanmasımümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgərErmənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil: “Buimzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin müsahibəsində toxunduğuməsələlərin hər biri Azərbaycan dövlətinin bütün sahələrdə mükəmməlvə qətiyyətli siyasi kurs həyata keçirdiyini göstərir. Bu sıradaPrezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası vəkeçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı açıqladığı perspektivhədəfləri də xüsusi qeyd etməliyik. Ötən üç il ərzində Qarabağ vəŞərqi Zəngəzurun 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qayıdışıtəmin edilib. Bu il isə dövlətimizin başçısının vurğuladığı kimidaha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışıplanlaşdırılır. Eyni zamanda cənab Prezident İlham Əliyevmüsahibədə diqqətə çatdırdığı mühüm məsələlərdən biri azad edilmişərazilərdə icra olunan əsas infrastruktur layihələrinin bir-iki iləbaşa çatdırılması barədə oldu. Göründüyü kimi işğaldan azad edilmişərazilərimizin bərpası sürətlidir. Əsas infrastruktur layihələrininbaşa çatdırılmasından sonra isə diqqət əsasən evlərin tikintisinəyönəldiləcək.
Bütövlükdə, Prezident İlham Əliyev yanvarın 7-də yerliteleviziya kanallarına verdiyi geniş müsahibədə Azərbaycanınyüksəlişinə, nailiyyətlərinə, beynəlxalq birlikdəki yeri və roluna,Fransanın və digər Qərb siyasi dairələrinin antiazərbaycançıplanlarının iflasa uğradılması ilə bağlı məsələlərə, qonşudövlətlərlə münasibətlərə nəzər salmaqla təəssüratlarımızıyenilədi. Göründüyü kimi dövlətimizin başçısının müdrik, qətiyyətlivə uzaqgörən siyasi kursu bütün sahələrdə ölkəmizin mənafelərinilayiqincə təmin edir. Və cənab Prezidentin müsahibəsində bildirdiyikimi biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədəölkəmizlə, xalqımızla fəxr edə bilərik.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı